"Neftçi" və “Sumqayıt”ın legionerləri nə etdi? - Afrikadan XƏBƏR

02:10 Hadisə 114
"Neftçi" və “Sumqayıt”ın legionerləri nə etdi? - Afrikadan XƏBƏR

"Sumqayıt"ın müdafiəçisi Abdul Raşid Mumini və "Neftçi"nin yarımmüdafiəçisi Sessi D`Almeydanın da üzvü olduğu Benin millisi Afrika Millətlər Kuboku çərçivəsində növbəti matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, qrup mərhələsinin 2-ci turunda Benin Botsvana yığması ilə üz-üzə gəlib.

Qarşılaşma Benin yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın taleyini həll edən yeganə qolu 28-ci dəqiqədə Yoan Roş vurub.

"Neftçi"nin yarımmüdafiəçisi Sessi D`Almeyda qarşılaşmaya start heyətində başlayıb və 54-cü dəqiqədə Samadou Attidjikou ilə əvəz olunub. Abdul Raşid Mumini isə ehtiyat oyunçular skamyasında yer alıb.

Bu nəticədən sonra D qrupunda 3 xal toplayan Benin üçüncü pillədə qərarlaşıb. Xalı olmayan Botsvana isə qrupun sonuncusudur.

Digər Xəbərlər
Xəbər Lenti
27 Dekabr 18:10 Çək və bizə göndər!
27 Dekabr 02:30 1000 manatlıq söyüş