Mehriban Əliyeva ikinci dünya çempionunu da təbrik etdi

24 May 2024 09:00 Hadisə 784
Mehriban Əliyeva ikinci dünya çempionunu da təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva cüdoçu Zelim Kotsoyevi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında qızıl medal qazanması münasibətilə təbrik edib.

Sportinfo.az xəbər verir ki, Mehriban Əliyeva bu barədə instaqram hesabında paylaşım edib.

“İdmançımız Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında Azərbaycana növbəti – 2-ci qızıl medalı qazandırdı! Dünya çempionunu səmimi-qəlbdən təbrik edir, ona güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!”, - paylaşımda qeyd olunub.

Mehriban Əliyeva bir neçə gün öncə cüdoçu Hidayət Heydərovu da dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanması münasibətilə təbrik etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da
13 Sentyabr 02:00 Kamran Quliyev hara getdi?