Qurbanov və Məmmədov Ronaldonun bu hərəkətinə necə göz yumdu? - Olayın VİDEOsu

20 Oktyabr 2025 00:50 Hadisə 707
Qurbanov və Məmmədov Ronaldonun bu hərəkətinə necə göz yumdu? - Olayın VİDEOsu

Azərbaycan Premyer Liqasının 8-ci turunda keçirilmiş “İmişli” - “Qəbələ” oyununda qalmaqallı epizod baş verib.

Sportinfo.az xəbər verir ki, “İmişli”nin müdafiəçisi Ronaldo de Souza 59-cu dəqiqədə “Qəbələ”nin təhlükəli hücumunun qarşısını əllə alıb.

Buna baxmayaraq matçın baş hakimi İnqilab Məmmədov “İmişli”nin müdafiəçisinə qırmızı vərəqə göstərməyib.

Halbuki həmin epizodda “Qəbələ”nin hücumçusu rəqib qapıçı ilə təkbətək qala bilərdi

Maraqlıdır ki, matçın VAR hakimi Tural Qurbanov da İnqilab Məmmədovu epizoda baxmaq üçün monitora dəvət etməyib. Epizod böyük müzakirələrə səbəb olub.

Həmin görüntüləri təqdim edirik:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti