Meyadna kənar əşya atdılar, ona dəydi, oyunu saxladı

17:20 Hadisə 127
Meyadna kənar əşya atdılar, ona dəydi, oyunu saxladı

Belçika Jupiler Liqasının 11-ci turunda keçirilən “Standard Lyej” – “Antverpen” oyunu qalmaqalla yekunlaşıb.

Sportinfo.az xəbər verir ki, 88-ci dəqiqədə azarkeşlər tərəfindən meydana atılan kənar əşyanın hakim Lotar Dhondta dəyməsi səbəbilə qarşılaşma dayandırılıb.

Liqanın rəsmi açıqlamasında bildirilib ki, “Standard Lyej” azarkeşlərinin davamlı qayda pozuntularına görə görüş təxirə salınıb.

Məlumata görə, matç 20 oktyabr, saat 15:00-da tamaşaçısız davam etdiriləcək. Oyun “Standard Lyej”in 1:0 hesablı üstünlüyü ilə qaldığı yerdən qalan normal və əlavə dəqiqələr oynanmaqla bərpa olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti