“Çox xoşuma gəldi” - Emin Mahmudovun əlini tutan ukraynalı hərbçinin oğlu

14:00 Hadisə 225
“Çox xoşuma gəldi” - Emin Mahmudovun əlini tutan ukraynalı  hərbçinin oğlu

DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanla keçirilən oyun Ukrayna üçün əlamətdar hadisə ilə yadda qalıb.

Sportinfo.az yerli mətbuata istindən xəbər verir ki, Krakovdakı “Krakoviya” stadionunda keçirilən görüşə futbolçular meydana reabilitasiya keçən ukraynalı hərbçilərin övladları ilə çıxıblar.

Ukrayna Futbol Assosiasiyası orduya dəstək məqsədilə bu addıma əl atıb və RECOVERY layihəsinin təşəbbüsü sayəsində uşaqlar ilk dəfə futbol matçını böyük stadiondan izləyiblər.

Həmin yeniyetmələrdən bəziləri təəssüratlarını bölüşüblər. Meydana millimizin kapitanı Emin Mahmudovla birgə çıxan Matviy bu anı heç vaxt unutmayacağını deyib:

“Çox gözəl dəqiqələr idi. Çox xoşuma gəldi. Bunu bir daha etmək istərdim. F

utbolçunun əlini tutaraq meydana girmək, onlarla söhbət etmək həyəcanverici idi. Təşəkkür edirəm”.

Oyunun açılışından sonra uşaqlar tribunaya keçərək, matçı valideynləri ilə birlikdə tribunadan izləyiblər.

Oyun Ukrayna yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti