.jpg)
Azərbaycanın amputant futbolçulardan ibarət millisinin üzvləri Millətlər Liqasının C qrupunda Belçikaya qarşı matçda həyəcanlı olublar.
Sportinfo.az xəbər verir ki, bunu yığmanın baş məşqçisi Ramil Həbibov deyib.
O, Belçikaya üzərində qələbəni dəyərləndirib:
"Oyun çətin keçdi. İlk görüş olduğu üçün uşaqlar həyəcanlı idilər. Buna baxmayaraq, qalib gəldik. Çalışacağıq oyunumuzu bir qədər də təkmilləşdirək".
Azərbaycan yığması sözügedən qarşılaşmada rəqibini üç cavabsız qolla üstələyib.