.jpg)
Bakıda təşkil olunan amputant futbolu üzrə Millətlər Liqasının C qrupunda daha iki oyun baş tutub.
Sportinfo.az xəbər verir ki, İsrail yığması Ukraynanı 2:0 hesabı ilə üstələyib.
Niderland millisi isə Belçika üzərində böyükhesablı qələbəyə sevinib - 5:0.
Turnirin açılış matçında Azərbaycan yığması Belçikanı 3:0 hesabı ilə məğlub etmişdi.
Azərbaycan, Belçika, İsrail, Ukrayna və Niderland millilərinin mübarizə apardığı C qrupunun oyunlarına oktyabrın 19-da yekun vurulacaq.
Qrupun bütün oyunları "Bayıl Arena"da keçirilir.