Arda Turan onunla şəkil çəkdirən uşağın bu sözünə əsəbiləşdi - VİDEO

18 Oktyabr 2025 00:00 Hadisə 669
Arda Turan onunla şəkil çəkdirən uşağın bu sözünə əsəbiləşdi - VİDEO

“Şaxtyor”un türkiyəli baş məşqçisi Arda Turan azyaşlı azarkeşə əsəbiləşib.

Sportinfo.az xəbər verir ki, buna səbəb həmin tərəfdarın Arda ilə foto çəkdirdikdən sonra “Hala Madrid” (Salam Madrid – bu, “Real Madrid” azarkeşlərinin şüarıdır) deməsi olub.

“Real”ın əzəli rəqibi “Atletiko”da çıxış edən türkiyəli sabiq futbolçunu da fanatın bu cür davranışı özündən çıxarıb.

O, azarkeşə “bu hörmətsizlikdir. Sən mənimlə foto çəkdirərkən “Hala Madrid” deyə bilməzsən” sözlərini bildirib.

Həmin görüntüləri təqdim edirik:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti