Klublar tərəfindən atılacaq növbəti addımlar - AFFA-ya yığışdılar

17 Oktyabr 08:20 Hadisə 375
Klublar tərəfindən atılacaq növbəti addımlar - AFFA-ya yığışdılar

AFFA-nın inzibati binasında Premyer Liqa, I və II Liqada, həmçinin Yüksək Qızlar Liqasında çıxış edən klubların nümayəndələri üçün 2026/2027-ci illər lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, Lisenziya və Qeydiyyat departamentinin rəisi Seymur Səlimli iclası açıq elan edərək bütün klublara lisenziyalaşdırma mövsümündə uğurlar arzulayıb.

O, həmçinin, ötən mövsümün xüsusi dövrü çərçivəsində lisenziyalaşdırma prosesini uğurla tamamlayan qadın komandalarına lisenziyalarını təqdim edib.

İclasda aşağıdakı mövzulara aid təqdimatlar keçirilib:

• Ötən mövsümün icmalı və Lisenziya və Qeydiyyat departamentinin yenilənmiş təşkilati strukturu;

• Prosesə aid rəsmi sənədlərdə və lisenziyalaşdırma üzrə qaydalarda ötən mövsümə nisbətən baş vermiş dəyişikliklər;

• Klublar tərəfindən atılacaq növbəti addımlar və portal üzərindən yeni müraciət format.

İclasın sonunda klub nümayəndələrinin sualları cavablandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 18:10 Çək və bizə göndər!
20 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 03:30 Canın komandası uduzdu