Premyer Liqaya səs salan yeni iştirakçının bu qədər xərc çəkdiyini bilirdiz?

16:00 Hadisə 411
Premyer Liqaya səs salan yeni iştirakçının bu qədər xərc çəkdiyini bilirdiz?

Bu mövsüm Premyer Liqada ilk mövsümü keçirən «İmişli»nin ev oyunlarının təşkilinə çəkdiyi xərc məlum olub.

Təmsilçisi olduğu rayondan uzaq düşən və Qubaya sığınan klub hər dəfə yerli Olimpiya İdman Kompleksinə 4000 manat ödəyir.

Prezident Kamran Eyyubov bu qiymətdən məmnun deyil. Amma səsini hələlik çıxarmır. Bir o səbəbdən ki, ölkədə Premyer Liqa standartlarına uyğun stadion tapmaq çox müşkül məsələdir.

Peşəkar Futbol Liqasının qəbul etdiyi arenalar isə hazırda kifayət qədər «yüklənib». Şamaxıya dönüş isə «İmişli»lilərə lap ağır gəlir.

Sezonun ilk 3 ev matçını burada keçirən debütant onda AFFA-ya daha çox ödəmə etmək məcburiyyətində qalıb. Belə ki, federasiya balansında olan qurğudan istifadəyə görə hər dəfə onlardan 6000 manat alıb.

İmişli rayonunun eyniadlı komandası elitada çıxdığı ilk 7 matçda 8 xal toplayıb. 2 qələbə qazanan, 2 heç-heçə edən və 3 məğlubiyyət alan kollektiv turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti