Nəriman Axundzadəni tənqid etdilər: Səbəbini siz də eşidin - VİDEO

17:40 Hadisə 338
Nəriman Axundzadəni tənqid etdilər: Səbəbini siz də eşidin - VİDEO

"Gözlədiyimiz Nəriman Axundzadəni görmədik".

Bu sözləri "Sportinfo TV"də yayımlanan "Milli Həftə" verlişində iştirak edən millinin sabiq yarımmüdafiəçisi Əfran İsmayılov deyib.

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ukrayna ilə keçirilən son oyundan (1:1) söhbət açan qonaq "Qarabağ"ın hücumçusunun istənilən səviyyədə çıxış etmədiyini bildirib, səbəb kimi tez yorulmasını göstərib.

İsmayılovun fikrincə axır vaxtlar zədədən əziyyət çəkən forvard yetərli qədər oyun praktikası qazanmayıb və bu, özünü Ukrayna ilə qarşılaşmada açıq-aşkar hiss etdirib.

Keçmiş vinger həmçinin qeyd edib ki, Axundzadənin potensialı böyükdür.

Əziz izləyicilərimiz, verilişimiz öz zövqlü geyimləri ilə minlərlə peşəkar və həvəskar idmançılarımızı təmin edən, onların sevimlisi olan “YaaRa Tekstil”in dəstəyi ilə təqdim olunur.

“YaaRa Tekstil” 2024-cü ildə şirkətin təsisçisi və direktoru olan Yaqut Bayram tərəfindən yaradılıb. Qısa müddət ərzində Azərbaycanın tekstil sahəsində tanınan “YaaRa” markası artıq bir brend hesab olunur.

Təsadüfi deyil ki, idmanın bir çox sahələrində hər zaman idmançılara göz oxşayan geyimlər təqdim edən “YaaRa Tekstil” hal-hazırda Azərbaycanda 250-dən çox yerli və xarici şirkətlərlə əməkdaşlıq edir.

Bu gün ölkəmizdə ən öndə gedən tekstil şirkətlərindən biri olaraq gələcək üçün markanın əsas hədəfi “MADE IN AZERBAIJAN” başlığı altında xarici bazarlara açılmaqdır.

"YaaRa Tekstil” öz müştərilərinə ancaq keyfiyyətli geyimlər təqdim edir. “YaaRa – Sevgi ilə yanaşır!”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti