
DÇ-2026-nın seçmə mərhələsinin IV turu çərçivəsində Türkiyə millisi Kocaelidə Gürcüstan yığmasını qəbul edib.
Sportinfo.az xəbər verir ki, “ay-ulduzlular” 4:1 hesabı ilə qələbə qazanıb.
Oyunu tribunadan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, gənclik və İdman naziri Osman Aşkın Bak və Gürcüstan Prezidenti Mixeil Kavelaşvili birgə izləyib.
Liderlərin hər ikisinin futbol keçmişi olub. Belə ki, Rəcəb Tayyib Ərdoğan gənclik illərində “Kasımpaşa” nın heyətində futbol oynayıb və uzun illər yarıpeşəkar səviyyədə çıxış edib.
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili isə vaxtilə “Dinamo Tbilisi”nin yetirməsi olub, həmçinin “Mançester Siti” və “Bazel” kimi klublarda da çıxış edib.