
“Liv Bona Dea Arena”da U-21-lər arasında keçirilən Azərbaycan - Şotlandiya qarşılaşması 3:3 hesabı ilə başa çatdı.
Millimiz oyunu 9 nəfərlə başa vuran rəqibini məğlub edə bilmədi. Bu, öz yerində.
Futbolçular arasında 90 dəqiqə davam edən gərginlik hakimin final fitindən sonra pik həddə çatdı.
Hər şey Xəyal Əliyevin Şotlandiya millisinin kapitanının üzərinə hücum çəkməsi ilə başladı.
Futbolçular əlbəyaxaya çıxdı, məşqçilər və inzibati heyət üzvləri sillə-təpik davasının qarşısını almağı bacardı.
Nəticədə qazaxıstanlı hakim Nicata ikinci sarı, ardınca qırmızı vərəqəni göstərdi.
Sonra nə baş verdi?
Aktivinə 2 qol yazdıran həmin Xəyal paltardəyişmə otağının yolunu tutarkən yolüstü yumruğunu işə salıb qapının şüşəsini sındırdı.
Əli qana bürünən “Sabah”ın vingeri həkimlərin köməyinə ehtiyac duydu.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN