Şahruddin növbəti oyunda olmayacaq - Cəzalı duruma düşdü

14 Oktyabr 2025 00:30 Hadisə 673
Şahruddin növbəti oyunda olmayacaq - Cəzalı duruma düşdü

Millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ukraynaya qarşı keçirilən görüşün 45+1-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanıb.

Sportinfo.az xəbər verir ki, bu, təcrübəli qolkiperin cari seçmə mərhələdə aldığı ikinci sarı vərəqədir.

Bu səbəbdən də Şahruddin cəzalı duruma düşüb. O, noyabrın 13-də Bakıda İslandiyaya qarşı keçiriləcək matçda meydana çıxa bilməyəcək.

Ş.Məhəmmədəliyev seçmə mərhələdəki ilk sarı vərəqəsini Bakıda Ukraynaya qarşı keçirilən görüşdə (1:1) almışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti