“Bu, axmaqlıqdır! Baş məşqçi bəlkə qırmızı saçlı olduğu üçün onu heyətdə saxlayır“ - FOTO

14 Oktyabr 2025 00:20 Hadisə 513
“Bu, axmaqlıqdır! Baş məşqçi bəlkə qırmızı saçlı olduğu üçün onu heyətdə saxlayır“ - FOTO

Ukrayna millisinin sabiq baş məşqçisi Yozef Sabo heyətlə bağlı narazılığını dilə gətirib.

Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis yığmanın baş məşqçisi Sergey Rebrovun seçimi ilə barışmır.

O, xüsusən də sağ cinah müdafiəçisi Yuxim Konoplyanın milliyə çağırılmasının doğru addım olmadığını düşünür:

“Rebrovun yerində olsaydım, Yuxim Konoplyanı əvəz edərdim, ancaq bizim başqa sağ cinah müdafiəçimiz yoxdur.

Aleksandr Tımçikin yoxluğunda Rebrovun niyə həmin yeri doldurmaq üçün Aleksandr Karavayevi niyə çağırmadığını bilmirəm.

Konoplya seçimi sadəcə axmaqlıq idi. Baş məşqçi bəlkə qırmızı saçlı olduğu üçün Konoplyanı heyətdə saxlayır.

Amma siz belə oynaya bilməzsiniz. Sağ cinah rəqib üçün boş dəhliz olacaq”.

GettyImages 1655250187 - Futbolinfo.az
Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti