
İsveç millisinin sabiq hücumçusu və hazırda “Milan”ın strukturunda çalışan Zlatan İbrahimoviç şəxsi həyatına dair maraqlı açıqlama verib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, həyat yoldaşı ilə rəsmi olaraq evlənmədiyini bildirib:
“Həyat yoldaşım? Xeyr, biz evli deyilik.
Mən ona bir zamanlar evlilik təklifi etmişdim, amma rədd cavabı aldım. Dünyada mənə “yox” deyən tək insan odur”.
İbrahimoviç karyerası ərzində “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, PSJ və digər klublarda çıxış edib. O, İsveç millisində 122 oyun keçirərək, 62 qol vurub.