“Votsap” istifadəçilərinə ŞAD XƏBƏR - Daha bir yenilik edildi

07:10 Hadisə 165
“Votsap” istifadəçilərinə ŞAD XƏBƏR - Daha bir yenilik edildi

“WhatsApp” status bölməsinə yeni interaktiv xüsusiyyət əlavə etməyə hazırlaşır.

Platforma artıq “Status sualları” adlı funksiyanı sınaqdan keçirir ki, bu da istifadəçilərə dostlarından şəxsi cavablar almağa imkan verəcək.

Yeni funksiya hazırda messengerin beta versiyasında test mərhələsindədir. O, “Instagram”dakı sual qutusu xüsusiyyətinə bənzəyir və status paylaşımlarını daha interaktiv və cəlbedici etmək məqsədi daşıyır.

İstifadəçilər status paylaşarkən bir sual əlavə edə, dostlarının cavablarını isə yalnız özləri görə biləcəklər. Beləliklə, statuslar təkcə izlənilən deyil, həm də qarşılıqlı ünsiyyət yaradan paylaşımlara çevriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 03:00 "Sabah" dan ASAN UĞUR