“Kartına pul qoy da…” - Elvinlə Mbappenin VİDEOsuna “bəzək-düzək” vurdular

09:50 Hadisə 648
“Kartına pul qoy da…” - Elvinlə Mbappenin VİDEOsuna “bəzək-düzək” vurdular

DÇ-2026-nın seçmə mərhələsində Fransa - Azərbaycan (3:0) matçında maraqlı anlar qeydə alınıb.

Matç zamanı Azərbaycan yığmasının müdafiəçisi Elvin Bədəlovla rəqib hücumçu Kilian Mbappe arasında qısa dialoq olub.

Onların həmin görüntüləri sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. İki futbolçunun nə danışdığı maraqla qarşılanıb.

Qısa müddətdə bu videoya o qədər «Tiktok» çəkilib, gəl görəsən! Onlardan birini də biz sizə təqdim edirik.

Deməli, burada Elvinin «yerini tutan» şəxs Mbappedən 100 dollar istəyir.

Fransalı ulduz isə and-amian eləyir ki, onda bu qədər pul yoxdur. Qarşı tərəf də «Real»ın forvardına «cibinə pul qoy da…» söyləyir.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti