
“Sabah”ın yeni transferi Timoteuş Puxaçın cəmi 26 yaşı var.
Polşalı sol cinah müdafiəçisi 8 illik peşəkar karyerasında 6 fərqli ölkədə nə az, nə çox, 10 klub dəyişməyə imkan tapıb.
Puxaçın legioner həyatı yaşadığı ölkələr arasında Türkiyə də var.
O, 2022-ci ildə müqavilə ilə “Union Berlin”ə məxsus olduğu vaxtda icarə əsasında “Trabzonspor”un şərəfini qoruyub. 6 ay ərzində cəmi 9 matçın iştirakçısı olan polşalı Trabzondan tez ayrılıb.
“Tima” ləqəbli futbolçu Sportinfo.az-a açıqlamasında Azərbaycanla Türkiyə arasındakı oxşar cəhətlərdən söz açıb:
“İlk ölkəni bir-birinə çox bənzədirəm. İnsanların xarakteri, davranışları, yeməklər, kofe, qəlyan məkanları – demək olar eynidir. Hiss etdiyim etibarilə diliniz də oxşardır. Mədəniyyətinizi çox bəyənirəm.
Futbolda da bənzərliklər yetərincədir. Həm Super Liqada, həm də Premyer Liqada qalib ruhu var.
Texniki bacarıqlar ön plandadır, ikili mübarizələrə və driblinqlərə üstünlük verilir. Arada hansısa fərq görmürəm”.
Səbəbkar “Sabah”a qədər “Lex”, “Zaqlebie”, “GKS Katovice”, “Union Berlin”, “Trabzonspor”, “Panatinaikos”, “Kayzerslautern”, “Holstein Kel”, “Plimot Argil”in formasını geyinib, Polşa millisində 15 matçda şans qazanıb.
HƏBİB