
Yığmamızın müdafiəçisi Elvin Bədəlov ötən gün DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə oyunda Kilian Mbappe ilə dialoqundan danışıb.
Sportinfo.az "qafqazinfo"ya istinadən xəbər veir ki, o, məşhur forvarddan zədəsi haqda soruşduğunu bildirib:
“Əslində, zədə ilə bağlı ondan əvvəl də söhbətləşirdik. Elə oldu ki, ayağı ağrıdı. Ona dedim ki, ağrıyırsansa, əvəzetmə istə, sən də rahat ol, biz də.
Cavab verdi ki, “ağrım var, bir azdan əvəzetmə istəyəcəyəm”. Başqa söhbət olmayıb”.
Futbolçuların dialoquna dair görüntülər ötən gündən bəri müzakirə mövzusuna çevrilib.