
“Əvvəlki illərdə Azərbaycanda oynamış çox sayda dostlarım var.
Bura gəlməmişdən əvvəl onlarla söhbət etmişdim”.
“İmişli”nin legioneri Nikola Karaklaiç Sportinfo.az-a ölkəmizdəki günlərindən söz açıb.
30 yaşlı serbiyalı yarımmüdafiəçi peşəkar futbolçu karyerasına “Srvena Zvezda”da başlasa da, sonrakı illərdə Serbiyanın başqa klubları ilə yanaşı, Çexiya, Yunanıstan və Monteneqroda legioner həyatı yaşayıb.
Azərbaycan və Azərbaycan Premyer Liqası onun üçün yeni çağırışdır.
Maraqlıdır, burada özünü necə hiss edir? Ölkəmizlə bağlı təəssüratları necədir?:
“Dostluq etdiyim futbolçulardan Yovan Krneta, Andriya Lukoviç, Saşa Stamenkoviç kimilərin adını çəkə bilərəm.
Onlar mənimlə söhbətdə Azərbaycan və Bakı barədə möhtəşəm təəssüratlarını bölüşmüşdü. Hara gəldiyimi yaxşı bilirdim.
Odur ki, gördüklərimdən şoka düşmədim. Əksinə, onların dediklərinin şahidi oldum.
Bəlkə də daha artığını. Bakıda özümü olduqca rahat və təhlükəsiz hiss edirəm.
Ehtiyac duyduğumuz hər cür şəraitə sahibik. Burada olmağımdan çox razıyam.
Vaxtilə Serbiyanın müxtəlif yaş qruplarından ibarət milli komandalarında forma geyinmiş “İmişli”nin “10 nömrə”si Premyer Liqada meydana çıxdığı 7 oyunda məhsuldarlıq baxımından heç nə ilə yadda qalmayıb.
HƏBİB