Gənclər və İdman Nazirliyi daha pul paylaya bilməyəcək - Bu səlahiyyəti alındı

14 Sentyabr 2025 18:10 Hadisə 946
Gənclər və İdman Nazirliyi daha pul paylaya bilməyəcək - Bu səlahiyyəti alındı

İdman federasiyalarının maliyyələşdirilməsi səlahiyyəti Gənclər və İdman Nazirliyinən alınıb.

Sportinfo.az xəbər verir ki, bu barədə artıq idman federasiyaları müvafiq şəkildə məlumatlandırılıb.

Məlumatda bildirilir ki, Maliyyə Nazirliyinin şifahi tapşırığına əsasən, Gənclər və İdman Nazirliyi tərəfindən idman federasiyalarının ölkədaxili və beynəlxalq idman tədbirlərində iştirakının maliyyələşdirilməsi dayandırılıb.

Bu məqsədlər üçün bundan sonra dövlət büdcəsindən vəsaitin ayrılması və təyinatı üzrə xərclənməsi Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən aparılacaq.

Maliyyə Nazirliyi son günlər bir sıra dövlət qurumlarında aparılan yoxlamalarla bağlı açıqlama yayıb.

Açıqlamada bildirilir ki, Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan yoxlamalar mühasibat uçotu məlumatları əsasında qurumların maliyyə nəticələrinin yoxlanılmasını və təhlilini əhatə edir. (aaynarinfo)

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 07:30 “Zirə”də 4 yeni isim
16 Sentyabr 01:10 “Nefttçi" o imzanı atdı!
16 Sentyabr 00:30 AFFA-da 3 yeni təyinat