
Quba İdman Olimpiya Kompleksi uzun fasilədən sonra qapılarını Premyer Liqanın üzünə açıb.
Öz şəhərindən uzaq düşən “İmişli” cari mövsümdə rəqiblərini məcburən Qubada qəbul edəcək.
Bölgə təmsilçisi ilk oyun çərçivəsində “Sumqayıt”ı qonaq edib - 1:0.
Stadionun qısa müddətdə Premer Liqanın tələblərinə cavab verməsi üçün burada ciddi hazırlıq işləri görülüb.
Media mənsubları üçün yaradılan şəraiti qənaətbəxş hesab edə bilərik.
Bununla yanaşı, matçın canlı yayımlanması üçün yeni qüllələr inşa olunub.
Sportinfo.az-ın əməkdaşının stadiondan hazırladığı fotoları təqdim edirik: