Tanınmış azərbaycanlı oyunçunun musiqisiz toyu: Kişilərin məclisində qadınlar... VİDEO

15:40 Hadisə 255
Tanınmış azərbaycanlı oyunçunun musiqisiz toyu: Kişilərin məclisində qadınlar... VİDEO

Xəbər verildiyi kimi, “Qarabağ”ın hücumçusu, Qurban Qurbanovun oğlu Musa Qurbanlının toy məclisi baş tutub.

Sportinfo.az xəbər verir ki, Əsmər adlı xanımla ailə quran oyunçunun toyu maraqlı anlara səhnə olub.

Şəhər restoranlarından birində keçirilən məclis dini səbəblər əsas gətirilərək iki hissəyə ayrılıb.

Bir hissədə bəylər, digər hissədə xanımlar olub. Nə qadınların yığıldığı məclisdə, nə də kişi məclisində musiqiçilər olub.

Xanımların olduğu zalda Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar akapella ifalarla kifayətləniblər. Bundan başqa, gecədə Əməkdar artist Sevda Ələkbərzadə səhnə alıb.

Məclisin aparıcısı Leyla Quliyeva olub.

Q.Qurbanov ötən ilin noyabrında “Qoçət” restoranlar şəbəkəsinin sahibi Sənan Təhməzovla qohum olub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!