Qurban Qurbanov oğlunun toyuna hansı yüksək vəzifəliləri çağırdı? - VİDEO+FOTOLAR

09:25 Hadisə 398
Qurban Qurbanov oğlunun toyuna hansı yüksək vəzifəliləri çağırdı? - VİDEO+FOTOLAR

Xəbər verdiyimiz kimi, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlının toy mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, Musa Qurbanlı "Qoçət" restoranlar şəbəkəsinin sahibi Sənan Təhməzovun Əsmər adlı qızı ilə ailə həyatı qurub.

Toy məclisi şəhər restoranlarının birində sadə formada təşkil olunub.

Tədbirdə Azərbaycanın yüksək vəzifəli şəxsləri, nazirlər, generallar, icra başçıları, komitə rəhbərləri, deputatlar, ictimai-siyasi xadimlər, media rəhbərləri, tanınmış idmançılar, sənətçilər və bir sıra məşhur simalar iştirak edib.

Bəzi nazirlər ailə üzvləri və övladları ilə birlikdə məclisə qatılıblar.

Toy məclisi dəbdəbədən uzaq, Azərbaycanın milli adət-ənənələrinə uyğun formada həyata keçirilib.

Məclis iki hissəyə ayrılıb: birində bəylər, digərində xanımlar olub. Nə qadınların yığıldığı məclisdə, nə də kişi məclisində musiqiçilər olub.

Xanımların olduğu zalda Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar akapella ifalarla kifayətləniblər. Bundan başqa, gecədə Əməkdar artist Sevda Ələkbərzadə səhnə alıb.

Məclisin aparıcısı Leyla Quliyeva olub.

Qurbanovun oğlunun toyunda hansı yüksək vəzifəlilər iştirak etdi? - FOTOLAR/VİDEOQurbanovun oğlunun toyunda hansı yüksək vəzifəlilər iştirak etdi? - FOTOLAR/VİDEOQurbanovun oğlunun toyunda hansı yüksək vəzifəlilər iştirak etdi? - FOTOLAR/VİDEOQurbanovun oğlunun toyunda hansı yüksək vəzifəlilər iştirak etdi? - FOTOLAR/VİDEOQurbanovun oğlunun toyunda hansı yüksək vəzifəlilər iştirak etdi? - FOTOLAR/VİDEOQurbanovun oğlunun toyunda hansı yüksək vəzifəlilər iştirak etdi? - FOTOLAR/VİDEOQurbanovun oğlunun toyunda hansı yüksək vəzifəlilər iştirak etdi? - FOTOLAR/VİDEOQurbanovun oğlunun toyunda hansı yüksək vəzifəlilər iştirak etdi? - FOTOLAR/VİDEOQurbanovun oğlunun toyunda hansı yüksək vəzifəlilər iştirak etdi? - FOTOLAR/VİDEO

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!