
“Motor”un baş məşqçisi Mateuş Stolarski komandanın hücumçusu Renat Dadaşovun Azərbaycan millisinin heyətində DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə matçda iştirakını dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, 32 yaşlı mütəxəssis bu kimi halların onların xeyrinə işləyəcəyini düşünür.
Stolarski 5 futbolçularının milli komandalara dəvət aldığını vurğulayaraq, buna çox sevindiklərini bildirib:
“22 futbolçumuzdan 5-i son toplanışda millisinə çağırılmışdı. Bu, kiçik klub olaraq inkişaf etdiyimizi göstərir.
Kifayət qədər yüksək göstəricidir. Florian Haxa Kosovo, Renat Dadaşov Azərbaycan millisinə çağırılmışdı, digərləri isə aşağı yaş qrupu yığmalarında çıxış etdi.
Xüsusən də, əsas millilərdə oynayanların təcrübəsi qarşıda bizə çox kömək ola bilər”.
İslandiya (0:5) ilə matçı ehtiyatdan izləyən Renat Dadaşov Ukrayna (1:1) ilə görüşdə meydana start heyətində daxil olub və 66-cı dəqiqədə əvəzlənib.