
“Qurban Qurbanov AFFA-nın ona ödəmək istədiyi 2 milyon manatdan imtina edib”.
Futbol eksperti Emin Abbasov bu açıqlama ilə çıxış edib.
O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində maraqlı faktı ictimaiyyətin diqqətinə çatdırıb.
Bildirib ki, Q.Qurbanov 2018-ci ildə millinin sükanı arxasından uzaqlaşdırılan zaman federasiyanın ovaxtkı baş katibi Elxan Məmmədovun təklifini geri çevirib.
Qurum müqaviləsinə birtərəfli qaydada xitam verilən mütəxəssisə iki milyon manat təzminat ödəmək niyyətində olub, səbəbkar isə bu vəsaitin digər işlərə xərclənməsini istəyib, ona əlini də vurmayıb.
Ekspert qeyd edib ki, Məmmədov Qurbanovun yığmadan uzaqlaşdırılması üçün hər yola baş vurub və sonda məqsədinə çatıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN