Kəlbəcərdə yük maşını dərəyə aşdı - Yaralılar var

07:10 Hadisə 99
Kəlbəcərdə yük maşını dərəyə aşdı - Yaralılar var

Bu gün Kəlbəcər rayonunun Nadirxanlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

2005-ci il təvəllüdlü Laçın sakini Fərid Əmrahov “Mercedes Atego” markalı yük avtomobili ilə kənd ərazisində hərəkətdə olarkən dərəyə aşıb.

Hadisə nəticəsində sürücü və avtomobildə olan 2004-cü il təvəllüdlü Beyləqan sakini Nihad Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafidir.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 23:40 Unudulan milli maraqlar...