Müğənnidən ayrılmayıb? - FOTO

03:00 Hadisə 85
Müğənnidən ayrılmayıb? - FOTO

Barselona"nın 17 yaşlı istedadı Lamin Yamal İspaniya millisinin Türkiyəyə qarşı oyununda iki qol ötürməsi ilə yadda qalıb və matçdan sonra paltardəyişmə otağında etdiyi zarafatla diqqət çəkib.

Sportinfo.az xəbər verir ki, son vaxtlar mətbuatda onun 25 yaşlı argentinalı müğənni Niki Nikoldan ayrıldığına dair şayiələr yayılıb.

Hətta bəzi nəşrlər sənətçinin "Real"ın yeni oyunçusu Franko Mastanuonla münasibətdə olduğunu iddia edib.

Lakin bütün bu söz-söhbətlər əsassız olub. Yamal özü bu şayiələri təkzib edib və telefonunun ekranına Niki Nikolun şəklini qoyaraq yığmadakı komanda yoldaşı Niko Uilyamsa göstərib.

Uilyams isə həmin anı sosial şəbəkədə "oğlum aşiq olub" qeydi ilə paylaşıb. Gənc ulduz bununla vingerin məşhur ifaçı ilə münasibətlərinin davam etdiyini təsdiqləyib.

Yamal ilk dəfə Niki Nikol ilə münasibətlərini onun doğum günü mərasimində təsdiqləmişdi. O, "İnstaqram"da romantik fotolar paylaşmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 23:40 Unudulan milli maraqlar...
10 Sentyabr 18:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 04:10 "Proqnoz vermək olmur”