Azərbaycanlı biznesmenin klubu müflis elan olundu

09:00 Hadisə 649
Azərbaycanlı biznesmenin klubu müflis elan olundu

Rusiyanın Moskva vilayətinin Arbitraj Məhkəməsi “Ximki” futbol klubunu müflis elan edib.

Sportinfo.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Klub iyunun 18-də fəaliyyətini dayandırıb. Daha əvvəl "Ximki" maliyyə çətinlikləri səbəbindən Rusiya Premyer Liqasının (RPL) cari mövsümündə iştirak etmək üçün lisenziya ala bilməyib.

"Ximki" 1997-ci ildə yaradılıb. Komanda ilk dəfə 2007-ci ildə yüksək diviziona yüksəlib.

Klubun RPL-də ən yüksək nailiyyəti 2021/22 mövsümündə səkkizinci yer olub. Bundan əlavə, "Ximki" iki dəfə Rusiya kubokunun finalına yüksəlib (2005 və 2020), 2006 və 2024-cü illərdə isə iki dəfə ölkənin ikinci divizionunun qalibi olub.

"Ximki"nin sahibi azərbaycanlı biznesmen Tufaq Sadıqovdur.

Digər Xəbərlər
Xəbər Lenti