
“Bu sualı cavablamaqdan yorulmuşam.
Məşqçi bizi hansı mövqedə oynatsa, orada da oynamağı seçəcəyik. İnanıram ki, sabah yaxşı oyun göstərəcəyik”.
Sportinfo.az xəbər verir ki, bunu Ukrayna millisinin yarımmüdafiəçisi Aleksandr Zinçenko Bakıda Azərbaycana qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə oyunundan öncə mətbuat konfransında deyib.
O, qarşılaşmaya yaxşı hazırlaşdıqlarını bildirib: “Əsas hədəfimiz qələbə qazanmaq olacaq. Azarkeşlərimizi sevindirmək istəyirik. Ümid edirəm, bunu bacaracağıq. Sabah bizi maraqlı oyun gözləyir”
Azərbaycanla Ukrayna arasında matç sentyabrın 9-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.