
Yaxşı qapıçı komandanın yarısıdır deyirlər.
Təəssüf ki, bu deyimin Azərbaycan millilərinə yaxından uzaqdan əlaqəsi yoxdur.
U-21-in seçməmizin Portuqaliya ilə qarşılaşmasının ikinci hissəsində “çərçivə”ni qorumağa çalışan Xəyal Fərzullayev yol verdiyi səhvlərlə matça damğasını vurdu.
Bununla da bizim yox, Portuqaliya yığmasının yarısına çevrildi.
Sözsüz, onsuz da meydan sahibləri meydanı qalib tərk edəcəkdi. Futbolçularımız olan-qalan gücünü ilk hissədə qoyub, fasiləyə 0:0-la yollanmışdı.
İkinci yarıda təzyiqi artıracaqları, əvəzetmələr hesabına qolları sırayacaqları hiss olunurdu. Ancaq 0:5-i ağlımızın ucundan keçirmirdik.
Buraxılan 5 qolda meydanda olan hər kəsin günahı var. Heç kim yaxasını kənara çəkə bilməz.
Lakin Fərzullayevin 45 dəqiqə ərzində qapıya ünvanlanan toplarının hamısını tordan çıxarması “Sumqayıt”ın heyətində Premyer Liqa təcrübəsi olan futbolçuya yaraşmadı.
Xüsusən 2,3 və 4-cü qollardakı zərbələrə həvəskar səviyyədə reaksiya verməsi hələ çox şey öyrənməli olduğunu göstərdi. Təbii ki, bu yaşdan sonra öyrənmək mümkündürsə.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN