ŞOK! AFFA millinin oyunçusunu Bakıya gətirmək üçün 10 min manat pul xərcləyib

15:00 Hadisə 733
ŞOK! AFFA millinin oyunçusunu Bakıya gətirmək üçün 10 min manat pul xərcləyib

“Daejeon Hana Citizen”də legioner həyatı yaşayan Anton Krivotsyuk Azərbaycan millisinə dəvət olunub.

Yığmamızın Ukraynaəsilli futbolçusu hər dəfə yığmanın sıralarına qoşulmaq üçün AFFA küllü miqdarda pul xərcləyir.

Məsələn, Antonun Cənubi Koreyadan bu dəfəki toplanışa gəlib-qayıtması üçün təyyarə biletinə təxminən 5 min avro (10 min manat) köçürmə edilib.

Niyə?

Çünki o, Azərbaycana tək yox, həyat yoldaşı ilə birlikdə gəlib. Milliyə kömək etməsi üçün AFFA-yla razılığı bu cür olub.

İşin maraqlı tərəfi bilirsiniz nədir?

Təkcə biletinə 10 min manat xərclənən futbolçunun İslandiya ilə səfər qarşılaşmasında ehtiyatda qalması.

Fernandu Santus fiziki göstəriciləri ilə seçilən milliləşdirilmiş yığma üzvünü “11-liy”ə layiq görməmişdi. Ukrayna ilə qarşılaşmada Ayxan Abbasovun Antona güvənib-güvənməyəcəyi də sual altındadır.

Baş məşqçinin sərəncamında görmək istədiyi futbolçuların Azərbaycana gəlməsini təmin etmək AFFA-nın üzərinə düşən işdir, bu, öz yerində.

Oynamayan futbolçu üçün 10 min manat xərcə düşməyin lazımsız olduğunu Santuşun diqqətinə çatdırmaq da AFFA-da mühüm postda əyləşənlərin vəzifə borcudur.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti