Nazir gəldi, İbrahimovun 90 illik yubiley mərasimi keçirildi

10:00 Hadisə 138
Nazir gəldi, İbrahimovun 90 illik yubiley mərasimi keçirildi

Tanınmış futbol veteranı Siyavuş İbrahimovun 90 illik yubiley mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan İdman Veteranları İctimai Birliyinin sədri, Olimpiya çempionu Zemfira Meftahətdinova, bir sıra idman qurumlarının nümayəndələri və idman veteranları çıxış edərək veteranın idmana verdiyi töhfələrdən və Azərbaycanın idman inkişafındakı rolundan danışıblar.

Tədbirdə yubilyarın həyat və idman yolunu əks etdirən videoçarx nümayiş etdirilib. Sonda Siyavuş İbrahimov çıxış edərək şəxsi xatirələrini bölüşüb, yetirmələrinə, dostlarına və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Digər Xəbərlər
Xəbər Lenti