Pasportunu axtardı, komanda onu 1 saatdan çox gözlədi - VİDEO

9 Sentyabr 2025 01:30 Hadisə 639
Pasportunu axtardı, komanda onu 1 saatdan çox gözlədi - VİDEO

İspaniya millisinin və “Barselona”nın 18 yaşlı ulduzu Lamin Yamal DÇ-2026-nın seçmə mərhələsində Türkiyə ilə oyundan sonra pasportunu itirib.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi matçdan sonra uzun müddət pasportunu axtarıb.

Yamal bunun üçün paltardəyişmə otağına qayıdıb, lakin sənədini yenə tapa bilməyib.

Gənc futbolçu pasportunu axtardığı üçün komanda onu bir saatdan çox gözləyib.

Onun Türkiyəni tərk edib-etmədiyi hələlik məlum deyil.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti