Bakı icazə verdi - Paşinyanın təyyarəsi Azərbaycandan keçdi

7 Sentyabr 2025 07:40 Hadisə 316
Bakı icazə verdi - Paşinyanın təyyarəsi Azərbaycandan keçdi

Ermənistanın Baş naziri Nikol Paşinyanın təyyarəsi Azərbaycan hava məkanından keçib.

Bununla bağlı Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan məlumat yayıb.

Onun sözlərinə görə, bu, Bakının icazəsi ilə baş tutub. N.Baqdasaryan bildirib ki, təyyarə 30 avqustda Azərbaycan üzərindən uçub, sonra isə 6 sentyabr gecəsi geriyə qayıdıb və bunun üçün Bakıya müvafiq icazə sorğusu göndərilib.

“Biz müsbət cavab aldıq. Bu hadisəni regionda kommunikasiya blokadalarının açılması, sülh gündəminin irəliləməsi və qarşılıqlı etimad atmosferinin formalaşması istiqamətində praktik bir addım kimi qiymətləndiririk”, - o əlavə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi