Azərbaycan Ordusunu görün nə ilə müqayisə etdi - Sərkisyan

07:00 Hadisə 113
Azərbaycan Ordusunu görün nə ilə müqayisə etdi - Sərkisyan

“Son 30 ildə Azərbaycanın sadəcə hərbi büdcəsi Ermənistanın ümumi dövlət büdcəsindən bir neçə dəfə çox olub”.

Bunu Ermənistanın müdafiə nazirinin müavini Qraçya Sərkisyan jurnalistlərə açıqlamasında deyib.

O, növbəti ildə dövlət büdcəsindən orduya ayrılan vəsaitin artırılması ilə bağlı suallara cavab verib:

“Sizi əmin edirəm ki, 2024 və 2025-ci ildə işlədiyimiz məntiqlə 2026-da da davam edəcəyik. Ümumilikdə isə büdcədən ayrılan vəsaitin artırılmamasına dair fikirlərdən xəbərsizəm. Biz Azərbaycanın hərbi büdcəsinə çatmaq üçün bütün dövlət büdcəmizi artırmalıyıq. Bu isə baş verməyəcək”.

Bundan öncə Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh əldə edildiyini, artıq müharibə olmayacağını, bu səbəbdən də hərbi büdcənin artırılmayacağını açıqlamışdı.

Məlumat üçün bildirək ki, Ermənistanın 2025-ci il üçün hərbi büdcəsi 1,7 milyard dollar, Azərbaycanın builki dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri isə 5 milyard dollar təşkil edir.

Digər Xəbərlər
Xəbər Lenti