
İtaliyalı model, teleulduz və qadın-hakim Klaudiya Romani açıq çimərlik geyimində "Rule Magazine" jurnalının üz qabığında yer alıb.
Sportinfo.az xəbər verir ki, bununla bağlı paylaşım onun "Instagram" səhifəsində dərc olunub.
43 yaşlı model “dünyanın ən seksual hakimi” adlandırılıb.
O, jurnal üçün fotosessiyada tünd-mavi rəngli, qara krujevalarla bəzədilmiş bikini geyimdən istifadə edib. Geyim nazik bağlamalı altlıqdan və kiçik büstqalterdən ibarət olub.
Paylaşılan fotolarda həmçinin ulduzun gözlərinin "dumanlı göz" tərzində makiyaj edildiyi görünür. Stilistlər ona dairəvi sırğalar taxmağı təklif edib və saçlarını açıq saxlayıblar.