Niderland millisinin matçına təyinat aldı - Dörd azərbaycanlı

6 Sentyabr 2025 08:30 Hadisə 452
Niderland millisinin matçına təyinat aldı - Dörd azərbaycanlı

Azərbaycanlı FİFA referisi Elçin Məsiyev təyinat alıb.

Sportinfo.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, referi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Litva – Niderland oyununun baş hakimi olacaq.

Ona Elşad Abdullayevlə Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.

Matçın VAR hakimləri Fransadan Benua Millo və Metyu Vernis olacaq.

G qrupunun görüşü sentyabrın 7-də Kaunas şəhərində yerləşən “Daryus və Qirena” stadionunda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi