Xocalı və Xankəndidə Novruz hazırlıqları görülür - FOTOLAR

18 Mart 2025 08:10 Hadisə 7 824
Xocalı və Xankəndidə Novruz hazırlıqları görülür - FOTOLAR

Bu il ilk dəfə olaraq, işğaldan azad edildikdən sonra Xankəndi və Xocalıda Novruza hazırlıq işləri aparılır.

Hazırlıqla bağlı görüntüləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti yayıb.

Bildirilib ki, Xankəndi şəhərinin mərkəzində, Zəfər meydanında Novruza hazırlıq işləri aparılır.

Mərkəzi meydanda səməni qurulub, həmçinin Zəfər meydanında iri bayram tonqalı quraşdırılıb və konsert proqramı üçün xüsusi konstruksiyalar quraşdırılır.

Xocalı şəhəri və Ballıca kəndində Novruz bayramı atributları, milli ornamentlərlə bəzədilmiş səməni quraşdırılıb.

Xocalı və Xankəndidən Novruz hazırlıqları ilə bağlı görüntüləri təqdim edirik:











Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı