Sülh sazişi üzrə danışıqların bitməsi barədə məlumat verdi

15 Mart 2025 05:20 Hadisə 762
Sülh sazişi üzrə danışıqların bitməsi barədə məlumat verdi

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

Bu barədə məlumatı Ermənistanın Nazirlər Kabineti yayıb.

Bildirilib ki, Paşinyan söhbət zamanı Putini Azərbaycanla sülh müqaviləsinin mətni üzrə danışıqların yekunlaşması barədə məlumatlandırıb.

Bununla yanaşı, tərəflər regional və iki ölkə arasında gündəlikdə olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Vladimir Putin bununla bağlı vurğulayıb ki, Rusiya Cənubi Qafqazın təhlükəsizliyi, sabitliyi və davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını həmişə dəstəkləyib və dəstəkləməyə davam edəcək.

Həm Ermənistan, həm də Azərbaycan bu məqsədlərə çatmaqda Rusiya tərəfinin hər hansı mümkün köməyinə həmişə ümid edə bilərlər.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı