Baş məşqçinin köməkçisi hakimi döyməyə çalışdı, 7 oyunluq cəza aldı

15 Mart 2025 03:50 Hadisə 561
Baş məşqçinin köməkçisi hakimi döyməyə çalışdı, 7 oyunluq cəza aldı

“Araz Bakı”nın köməkçi məşqçisi Ramin Fərruxlu cəzalanıb.

Sportinfo.az xəbər verir ki, buna U-13 Liqasının “Binə” ilə oyununda baş verənlər səbəb olub.

Çalışdırıcı qarşılaşmanın 29-cu dəqiqəsində meydana daxil olaraq hakimə fiziki təzyiq göstərib və qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırılıb. AFFA-nın İntizam Komitəsi onu 7 oyunluq cəzalandırıb.

Komandanın futbolçusu Camal Fərruxlu isə qarşılaşmanın 29-cu dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldıllb. O, 2 matçlıq cəza alıb.

İntizam Komitəsi aşağı yaş qrupları üzrə liqalardakı digər xoşagəlməz hadisələrə də hüquqi qiymət verib.

U-14 Liqasında keçirilən “Birlik” – “Baku Sporting” oyununda nominal meydan sahiblərinin baş məşqçisi Zahid Əliyevin qarşılaşma boyu və görüş bitdikdən sonra AFFA-nın və hakimlərin ünvanına təhqiredici ifadələr işlədib. O, 5 matçlıq cəzalanıb.

Gənclər Liqasında UFA – “Səbail” qarşılaşmasında qonaqların futbolçuları Sabir Məmmədov və Fariz Hüseynov bir-birilərini təhqir etdiklərinə görə qırmızı vərəqə ilə cəzalandırıldırılıblar. Hər iki futbolçu 3 matçlıq diskvalifikasiya olunub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi