“Hardasa səhvə yol vermişik ki, gəlib belə məşqçinin əlinə düşmüşük”

13 Mart 2025 17:40 Hadisə 1 620
“Hardasa səhvə yol vermişik ki, gəlib belə məşqçinin əlinə düşmüşük”

«Mingəçevir»in bir qrup futbolçu növbəti dəfə redaksiyamıza müraciət edib.

I Liqada qüvvəsini sınayan komandanın üzvləri Füzuli Məmmədovun onlar arasında ayrı-seçkilik hallarına yol verməsindən şikayətləniblər.

Baş məşqçinin yanaşmasından narazılıq bildirən oyunçular deyib:

«Füzuli Məmmədov komandanın içində təfriqə salır. Hamıya eyni cür yanaşmır.

Xəyal Muradov yaxınlarda ayağından zədə alıb. Baş məşqçidən xahiş elədi ki, məni MRT etdirin.

Ona fikir vermədi, ancaq bir başqa futbolsumuzu o gün xəstəxanaya göndərdi, MRT elətdirdi. Necə yəni, birinə olar, birinə olmaz?

Bilmirik sözümüzü gedib kimə deyək. Mingəçevirdən olan rəhbərliyi saymır.

Füzuli Məmmədovu Bakıdan necə tapşırıblarsa, buradakı adamların biri də ona yaxın gələ bilmir.

Biz «Mingəçevir»ə pul qazanmaq üçün gəlmişik. Amma o qədər pul qazanmırıq ki, həkimlərə xərcləyək.

Komandada üç-dörd futbolçu var ki, baş məşqçi yalnız onlardan çəkinir. Nə istəyirlər, Füzuli o dəqiqə edir.

Ancaq bizə gələndə, o cür yanaşmır. Yəqin hardasa səhvə yol vermişik ki, gəlib belə məşqçinin əlinə düşmüşük».

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!
23 Aprel 18:10 Çək və bizə göndər!
23 Aprel 04:50 "Bunlar bəhanə deyil"