Sumqayıtda 17 yaşlı idmançı özünü 15-ci mərtəbədən atdı - FOTO

11 Mart 2025 12:40 Hadisə 783
Sumqayıtda 17 yaşlı idmançı özünü 15-ci mərtəbədən atdı - FOTO

Gecə saatlarında Sumqayıt şəhərində intihar hadisəsi baş verib.

Sportinfo.az xəbər verir ki, hadisə saat 02 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən “Kristal Abşeron” yaşayış kompleksində qeydə alınıb.

Belə ki, Corat qəsəbə sakini 2008-ci il təvəllüdlü Qadir Məmmədov binanın 15-ci mərtəbəsindəki eyvandan özünü atıb. O, hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Mərhumun qohumu oxu.az-a açıqlamasında Qadirin idmanla məşğul olduğunu və hadisə vaxtı yanında başqa şəxslərin olduğunu deyib.

O bildirib ki, hadisənin şantajla bağlı olması ehtimal edilir: “Qadir özünü atmamışdan əvvəl anasına zəng edərək halallaşıb”​.

17-yasli-oglan-ozunu-15-ci-mertebeden-atdi

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!
23 Aprel 18:10 Çək və bizə göndər!
23 Aprel 04:50 "Bunlar bəhanə deyil"