Sabiq “Qarabağ”lı 1 ay sonra döndü - “Marakana”dan VİDEO

10 Mart 2025 11:00 Hadisə 2 282
Sabiq “Qarabağ”lı 1 ay sonra döndü - “Marakana”dan VİDEO

“Qarabağ”ın sabiq hücumçusu Juninyo yaşıl meydana qayıdıb.

Sportinfo.az xəbər verir ki, o, komandası “Flamenqo”nun “Vasko da Qama”ya qarşı matçının iştirakçısı olub.

Matç məşhur “Marakana” stadionunda keçirilib.

Karioka Liqasının yarımfinal mərhələsinin bu oyunu 2:1 hesabı ilə “Flamenqo”nun qələbəsi ilə başa çatıb (ilk oyun 1:0). Bu uğur sayəsində onlar finala yüksəliblər.

28 yaşlı Juninyo ehtiyat heyətdə yer alıb və 75-ci dəqiqədə meydana girib. O, qol vura bilməyib.

Təxminən 1 ay əvvəl “Botafoqo” ilə matçda zədələnmiş və o vaxtdan oyuna çıxmamışdı.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı