Azərbaycanda idman müəllimi tələbəsinə zorakılıq edib? - Döyüb xəstəxanalıq etdilər

8 Mart 2025 09:20 Hadisə 564
Azərbaycanda idman müəllimi tələbəsinə zorakılıq edib? - Döyüb xəstəxanalıq etdilər

Şəmkir rayonunda idman müəllimi kimi fəaliyyət göstərən Orxan Məmmədovun 14 yaşlı tələbəsinə zorakılıq edərkən tutulduğu və döyülərək xəstəxanalıq olduğu iddia olunur.

Sportinfo.az xəbər verir ki, bu barədə oxu.az-a məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məsələ ilə bağlı bildirib ki, faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, müvafiq ekspertiza təyin olunub.

"O.Məmmədova müxtəlif bədən xəsarətləri yetirməkdə şübhəli bilinən 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək", - deyə məlumatda bildirilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!
23 Aprel 18:10 Çək və bizə göndər!
23 Aprel 04:50 "Bunlar bəhanə deyil"