Tanınmış azərbaycanlı idmançı və xanəndə: “Məni toya çağıran yoxdur” - VİDEO

8 Mart 2025 00:40 Hadisə 1 338
Tanınmış azərbaycanlı idmançı və xanəndə: “Məni toya çağıran yoxdur” - VİDEO

Azərbaycanın tanınmış xanəndəsi, paurliftinqçi, Prezident təqaüdçüsü Pərviz Qasımov toylara dəvət olunmamasından gileylənib.

Sportinfo.az xəbər verir ki, o, bu barədə “El canlı”da danışıb:

“Məni toya çağıran yoxdur. Buradan soruşuram, ay millət, məni niyə toya dəvət etmirsiniz? Vallah, mikrofonla gələcəyəm, qantellə yox.

Çox qəribədir, oxuduğum mahnılar, canlı ifalar, tədbirlər, aranjimanlar…

Camaatda qəribəlik yaranıb, deyirlər, “Pərvizi toya çağırsaq, necə olar?” Əla olar.

Axırıncı dəfə iki il əvvəl toya getmişəm. Sənət var, sənətə qiymət verən yoxdur.

İdmana da hörmətim, sevgim var. Vətənin bayrağını qaldırmaq üçün gedirəm.

Bəzi idmançılar kimi, özümü şişirdib, instaqramda kiminləsə tanış olmaq üçün etmirəm. Mən Avropa ölkəsində bayrağımızı ucaltmışam, himnimizi oxutmuşam.A

rada deyirəm, bacara bilirsənsə, sən et. Mən həm idmana vaxt ayırmışam, həm də musiqiyə.

Əgər özümü idmana qurban verən insan olsaydım, efirlərdən qalardım. Amma efirdən də qalmıram. Bütün verilişlərə çıxıram, ifalar edirəm”.

Pərvizin həyat yoldaşı sabiq baş nazir Novruz Məmmədovun qızıdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!
23 Aprel 18:10 Çək və bizə göndər!
23 Aprel 04:50 "Bunlar bəhanə deyil"