AFFA yenilik etdi - Uşaq evlərində futbol dərslərinə start verildi

7 Mart 2025 08:40 Hadisə 678
AFFA yenilik etdi - Uşaq evlərində futbol dərslərinə start verildi

AFFA-nın təşkilatçılığı və Sosial Xidmətlər Agentliyi ilə birgə əməkdaşlığı çərçivəsində Sosial Xidmətlər Agentliyinin tabeliyində olan 1 və 2 saylı uşaq evlərində həftədə iki dəfə olmaqla AFFA tərəfindən ayrılan məşqçilər İradə Quliyeva (1 saylı) və Elvin Həmidov (2 saylı) futbol dərslərinə start veriblər.

Sportinfo.az xəbər verir ki, uşaq evlərində təşkil olunan dərslərin əsas məqsədi uşaqların fiziki inkişaflarını artırmağa dəstək olmaq, onlara komanda işini öyrətmək və liderlik bacarıqlarını inkişaf etdirməkdir.

Eyni zamanda, bu dərslər uşaqlarda özünəinam yaratmaq, sosial bacarıqlarını artırmaq və sağlam həyat tərzini təşviq etmək məqsədi daşıyır.

Futbol dərsləri həm qız, həm də oğlanlar üçün keçirilir və layihəyə qoşulan bütün iştirakçılara AFFA tərəfindən idman ləvazimatları (top, fişka, məşqlər üçün idman geyimi, top setkası və s.) ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı