Qarabağda avtomobili “Bayraktar”la vurulan Manukyan necə sağ qalıb? - Özü açıqladı

7 Mart 2025 08:00 Hadisə 878
Qarabağda avtomobili “Bayraktar”la vurulan Manukyan necə sağ qalıb? - Özü açıqladı

Azərbaycana qarşı hərbi cinayətlər törətməkdə ittiham olunan qondarma rejimin qanunsuz silahlı birləşmələrində “komandanın 1-ci müavini” işləmiş Davit Manukyanın avtomobili Vətən müharibəsi zamanı “Bayraktar” PUA-sı ilə vurulub.

Bunu məhkəmədə Manukyanın özü sərbəst ifadəsində bildirib:

“Sürücüm yaralandı, mən isə 20 metr aralıda olduğumdan xəsarət almadım”.

Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş Manukyan, eyni zamanda, Ermənistanın Müdafiə Nazirliyinin Baş qərargahında Kadrlar idarəsinin rəisi, korpus komandiri olub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi