Azərbaycan və D-8 arasında idman sahəsində əməkdaşlığın perspektivləri müzakirə olundu

7 Mart 2025 03:50 Hadisə 800
Azərbaycan və D-8 arasında idman sahəsində əməkdaşlığın perspektivləri müzakirə olundu

Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı ilə gənclər və idman sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazir Fərid Qayıbov qurumun baş katibi İsiaka Abdulqadir İmamla görüşüb. Nigeriyada keçiriləcək ll gənclərə məsul nazirlər iclasında iştirak və ölkəmizdə gənclər mübadiləsinin təşkili barədə fikir mübadiləsi aparılıb.

Görüşdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının I direktoru Əhmər İsmayıl, II direktoru Puncul Nuqraha, icraçı müavin Məhəmməd Bilal Xan və digər məsul şəxslər də iştirak ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı